Macarıstanın qaz nəqli sisteminin operatoru olan FGSZ şirkəti Ukraynaya qaz nəqlini qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə şirkətin bəyanatında bildirilir.
BBC-nin verdiyi xəbərə görə, qaz nəqli ölkə daxilində qaza olan tələbatın son dərəcə artması ilə əlaqədar dayandırılıb.
Şirkətin məlumatında bildirilir ki, qaz nəqlinin təhlükəsizliyini təmin etmək və şəbəkənin balansını qorumaq üçün Testveriseg qaz kəmərinin iş istiqamətini dəyişmək, onun daxili bazara qaz nəqli həyata keçirməsinə şərait yaratmaq lazım gəlib.
2013-cü ilin mart ayında FGSZ Ukrayna ilə ölkə bazarına ildə 6 mlrd. kubmetr qaz nəqlinə dair müqavilə bağlayıb. Müqavilənin şərtlərindən biri qaz nəqlinin cari kommersiya və texniki şərtlərdən asılı olacağı ilə bağlı olub.