Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Şimali Kiprin Türk İcmasının lideri Dərviş Əroğlu ilə görüşüb. Bu barədə cümə günü Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.
D.Əroğlu azərbaycanlı nazirə Kiprdə mövcud vəziyyət və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
R.Babayev