Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı məqsədilə Yunanıstanda rəsmi səfərdidir. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər, o cümlədən idmanın inkişafı sahəsində Azərbaycanın fəaliyyəti və uğurları barədə yunan ictimaiyyətinə məlumat veriləcək, eləcə də birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək.
A.Rəhimovun Yunanıstana səfəri sentyabrın 28-dək davam edəcək.
R.Babayev