Rusiya Federasiyası prezidenti Vladimir Putin Xəzər sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu barədə RF prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“Prezident İran, Türkmənistan və Azərbaycandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək”, - deyə Y.Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, növbəti gün V.Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşü planlaşdırılır.