Cümə günü Bakıda prezident İlham Əliyevlə Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski arasında görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Y.Əliyev