Goranboy rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Goranboy rayonunun Nərimanlı kəndi ərazisində “Ford” markalı avtomobil qabaqda gedən “Belarus” markalı traktora çırpılıb, qəza nəticəsində traktorda olan sərnişinlər - sürücünün həyat yoldaşı və qızı hadisə yerində həlak olublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov