Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bu barədə DSMF-in məlumatında qeyd edilir.
“DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi sentyabr ayının 24-ü tarixinə tam yekunlaşıb. Pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycanda 2012-ci ilin əvvəlinə 145,1 manat və 2013-cü ilin əvvəlinə 152 manata qarşı pensiyaların orta aylıq məbləği 172,2 manat təşkil edir.
A.Axundov