2014-cü ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 5,1 mln. manat və ya hesabat ili ərzində fondun gəlirlərinə nisbətən 0,3% təşkil edib.
DSMF-in saytında dərc edilmiş məlumata əsasən, 2014-cü ilin yanvar-avqust aylarında fondun gəlirləri 1 mlrd. 904,2 mln. manat təşkil edib. 2013-cü ilin analoji dövrü ilə müqayisədə DSMF-in gəlirləri 8,8% artıb.
Cari ilin yanvar-avqust aylarında məcburi sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 107,9 mln. manat (2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə artım 11%) təşkil edib. Daxilolmaların 64,8% və ya 717,8 mln. manatı özəl sektordan məcburi sosial sığorta haqlarının payına düşüb (аrtım 13,1%).
2014-cü ilin yanvar-avqust aylarında fondun xərcləri 1 mlrd. 899,1 mln. manat təşkil edib. Bunun 98,1%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
2014-cü il üçün DSMF-in gəlir və xərcləri 2 mlrd. 928,452 mln. manat səviyyəsində təsdiq edilib.
A.Axundov