Almaniyanın “Bavariya” futbol klubunun rəhbər heyəti və oyunçuları Moskvada qaldıqları oteldə yanğınla bağlı həyəcan siqnalı verildikdən sonra təxliyə ediliblər. Bu barədə komandanın rəsmi “Twitter” səhifəsində məlumat verilir.
Məlumatda bildirilir ki, oyunçular otelin yaxınlığındakı restorana gediblər.
“Bavariya” komandası çərşənbə axşamı Çempionlar Liqası çərçivəsində MOİK ilə qarşılaşmaq üçün Moskvaya gəlib.