SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ODLAR korporativ məlumat bazasına 100-dən çox yataq və struktur haqqında informasiya daxil edib. Bu barədə şirkətin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov məlumat verib.
“SOCAR 2008-ci ildən korporativ məlumat bankının yaradılması üzərində işə başlayıb. Bu gün ODLAR məlumat bazasında 100-dən çox yataq və struktur, 9 mindən çox quyu haqqında məlumat yerləşdirilib. Bu bazada Azərbaycanın neft-qaz sahəsi ilə bağlı 65 min sənəd yerləşdirilib”, - deyə X.Məmmədov bazar ertəsi Bakıda “Milli Məlumatlar Bankı - NDR 2014” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, məlumat bazasında müxtəlif yataqlardan gündəlik hasilat həcmi barədə də informasiya var. Bu məlumatlar neft-qaz sahəsinə aid müxtəlif proqnozlar hazırlamağa, onlardan tədqiqatlar zamanı istifadə etməyə imkan yaradır.
Vitse-prezident əlavə edib ki, hazırda ODLAR məlumat bazasının 130 istifadəçisi var.
A.Əzizov