İstirahət günü Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində “Hovo” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bəzi məlumatlara görə, qəzada həlak olan Sənan Mirzəyev “McDonalds”ın Bakıdakı nümayəndəliyinin rəhbərinin oğludur.
R.Babayev