Bu gün Həştərxanda Xəzəryanı dövlətlərin IV sammiti işə başlayıb.
Rusiya, Azərbaycan, İran və Türkmənistan liderlərinin görüşü Həştərxan Kremlində, keçmiş seyxqauz binasında keçirilir.
Sammit beş prezidentin məhdud tərkibdə söhbəti ilə başlayır.
Liderlərin bu görüşdə Xəzərin hüquqi statusu, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.