Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani Həştərxanda Xəzəryanı dövlətlərin liderlərinin dördüncü sammiti çərçivəsində Bakı və Tehran arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Danışıqlar zamanı prezidentlər iki ölkə arasında münasibətlərin uğurlu inkişafını vurğulayıblar, yüksək səviyyəli görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd ediblər.
Tərəflər siyasi, iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
F.İsazadə