Xəzəryanı dövlətlərin liderləri Xəzər dənizində beştərəfli əməkdaşlığın əsas prinsiplərinin təsbit edildiyi siyasi bəyanatı razılaşdırıblar.
“Əsas odur ki, biz ilk dəfə Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsiplərinin təsbit edildiyi siyasi bəyanatı razılaşdırmışıq”, - deyə V.Putin Xəzər sammitinin geniş tərkibdə iclasında çıxışında bildirib.
RF prezidentinin sözlərinə görə, əldə olunmuş razılıqlar bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir. “Tərəfdaşlara zəruri və məqbul güzəştlər tapmaq bacarığı və hazırlığına görə minnətdarıq”, - deyə RF prezidenti bildirib.