Azərbaycan və Rusiya sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə Saziş imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Saziş Həştərxanda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev imzalayıblar.
A.Əzizov