Bu gecə Sabunçu rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi çoxsaylı insan tələfatına səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Jiquli” markalı minik maşını ilə “KamAz” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının salonunda olan 3 nəfər – sürücü və 2 sərnişin həlak olub.
Ölənlərin cəsədləri FHN əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Bu arada yerli KİV-lər qəzada 4 nəfərin həlak olduğunu bildirir.
İlkin məlumatlara əsasən, yüksək sürətlə hərəkət edən minik maşınının sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış “KamAZ”a çırpılıb.
R.Babayev