Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi İndoneziyada keçirilmiş “International Movie Award - 2014” kinofestivalının mükafatına layiq görülüb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Ş.Əliyev “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb. Müsabiqədə 30 ölkədən 225 film iştirak edib.
“Çölçü” filmi 24 beynəlxalq kinofestival və forumda iştirak edib, bir sıra nüfuzlu mükafat və diplomlara layiq görülüb. Film Londonda keçirilən «Rainbow Film Festival 2014»da “Ən yaxşı bədii film” kateqoriyasında qalib olub, “Oskar” mükafatına namizədlər siyahısına daxil edilib.
Ş.Əliyevin “Çölçü” bədii filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında lentə alınıb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, bəstəkarı Rauf Əliyev, prodüsserləri Müşfiq Hətəmov və Azər Quliyevdir.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədli, həmçinin Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkilib.
A.Zeydullayeva