Azərbaycanlı rejissor Tofiq Qasımov opera müğənniləri Fidan və Xuraman Qasımova bacılarına həsr olunmuş sənədli film üzərində işləyir.
“Hazırda Fidan və Xuraman Qasımovaların həyat və yaradıcılığına həsr olunmuş film üzərində iş gedir”, - deyə T.İsmayılov çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Müslüm Maqomayev haqqında xatirələr” filminin təqdimat mərasimində bildirib.
“Film “Bacılar” adlanacaq. Bu opera müğənniləri Azərbaycan üçün, respublikada opera sənətinin inkişafı üçün çox iş görüblər, buna görə də barələrində sənədli filmin çəkilməsinə layiqdirlər”, - deyə o qeyd edib.
Rejissorun sözlərinə görə, onun filmlərinin qəhrəmanları çox vaxt musiqi ilə bağlı insanlardır, çünki o, özü də uşaq vaxtı dirijor olmaq istəyib, ancaq bu, baş tutmayıb. O, həmçinin qeyd edib ki, bu gün bədii və ya sənədli filmlər deyil, əsasən televiziya filmləri çəkilir, çünki həyatın indiki axarında insanların vaxtı çox azdır. Bu gün hamı harasa tələsir”,- deyə T.İsmayılov bildirib.
“Müslüm Maqomayev haqqında xatirələr” filmi barədə danışan rejissor deyib ki, filmin rəsmi təqdimatı müğənninin vəfatı günündə - oktyabrın 25-də Nizami adına Bakı Kino Mərkəzində olacaq.
“Film üzərində iş təxminən bir il davam edib, Tamara Sinyavskaya, Araz və Emin Ağalarovlar öz şəxsi arxiv materiallarını mənə təqdim ediblər. Eləcə də Azərbaycan Dövlət Film Fondunun materiallarından istifadə olunub”,- deyə rejissor bildirib.
“Film üzərində iş təxminən bir il davam edib, Tamara Sinyavskaya, Araz və Emin Ağalarovların şəxsi arxiv materiallarından, eləcə də Azərbaycan Dövlət Film Fondunun materiallarından istifadə olunub”,- deyə rejissor bildirib.
M.Maqomayevə həsr olunmuş ilk işi barədə danışan rejissor söyləyib ki, 1971-ci ildə lentə alınmış “Oxuyur Müslüm Maqomayev” filmi 29 gün ərzində 50 kinoteatrda nümayiş etdirilib. Bu, o dövr üçün böyük uğur idi, çünki Çapayev barədə filmin nümayişi rekord həddə çatmışdı - 31 gün ərzində 19 kinoteatrda göstərilmişdi”,- deyə rejissor qeyd edib.
““Müslüm Maqomayev haqqında xatirələr” filmi böyük müğənninin 70 illik yubileyinə həsr olunub, film üç film-novelladan ibarətdir və Müslüm haqqında çəkdiyim üçüncü filmdir”,- deyə o əlavə edib.
“Müslüm Maqomayev haqqında xatirələr” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin çəkilişlərində M.Maqomayevin həyat yoldaşı, sovet və Rusiya opera müğənnisi, pedaqoq, SSRİ xalq artisti Tamara Sinyavskaya, sovet və Rusiya bəstəkarı, SSRİ xalq artisti Aleksandra Paxmutova, SSRİ dövlət müakfatı laureatı, nəğməkar şair Nikolay Dobronravov, iş adamı, M.Maqomayevin dostu Araz Ağalarov, M.Maqomayevin tələbəsi və iş adamı Emin Ağalarov, SSRİ xalq rəssamı Tahir Salahov iştirak ediblər. Filmin redaktoru Ramiz Əliyevdir.
A.Zeydullayeva