Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun növbəti iclası noyabr-dekabr aylarında Bakıda keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə axşamı brifinqdə məlumat verib.
“Biz Konvensiya (Xəzərin statusuna dair - İF-Az) layihəsi üzərində işin başa çatdırılmasına maksimum səy göstərəcəyik”, - deyə X.Xələfov bildirib.
O qeyd edib ki, Azərbaycan dünən Həştərxanda keçirilmiş Xəzər sammitinin yekunlarından razıdır.
“Tərəflər sammit zamanı yüksək nəticələr əldə ediblər”, - deyə nazir müavini qeyd edib.
F.İsazadə