Oktyabrın 2-də “Kiçik QalArt” qalereyasında alternativlərin çoxluğu şəraitində seçim - “#Choise” adlı sərginin açılışı olacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“#Choise” incəsənət həvəskarlarının diqqətinə gənc rəssamlar Vüsalə Ağarazıyeva və Asima Səmədlinin əsərlərini təqdim edəcək.
Sərginin ekspozisiyası V.Ağarazıyevanın rəngkarlıq əsərlərindən və A.Səmədlinin qobelen işlərindən ibarətdir. Bu səbəbdən tamaşaçının ruhuna daha yaxın olan sənət istiqamətini seçmək imkanı var.
Rəssamlardan hər biri öz prizmasından bu mövzuya yaxınlaşıb və onlar üçün yaxın olan formada və incəsənət növündə hisslərini ötürüblər.
Sərgidə, həmçinin dörd installyasiya təqdim ediləcək.
Sərgi noyabrın 2-dək davam edəcək.
A.Zeydullayeva