Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin çərşənbə günü keçirilən növbəti mərhələsindən razıdır.
“Azərbaycan-Türkiyə təlimləri ilk dəfə keçirilmir. Ancaq bizim Hərbi Hava Qüvvələrinin təlimləri Azərbaycanda ilk dəfə keçirilir. Mühüm odur ki, bizim pilotlar Türkiyə HHQ-nin pilotları ilə hərbi vəzifələrin birgə icrası, bir-birini sığortalama, qarşılıqlı dəstəyin göstərilməsi üzrə təlimlər keçiriblər və mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz onları davam etdirəcək və genişləndirəcəyik”, - deyə Z.Həsənov ANS telekanalına bəyan edib.
Çərşənbə günü keçirilən təlimlərdə “Miq-29” və “Su-25” təyyarələrindəki Azərbaycan pilotları “F-16” qırıcılarındakı türk həmkarlarının sığortası altında 300 metr yüksəklikdən bombardman həyata keçiriblər, həmçinin şərti düşmənin mövqelərini artilleriya atəşinə tutublar.
Y.Əliyev