Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Bakı ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib.
Tərəflər Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd ediblər, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmini vurğulayıblar.
Həmçinin prezident İ.Əliyev İtaliyanın keçmiş baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Letta ilə görüşüb.
Keçmiş baş nazir Azərbaycanın İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini qeyd edib.
Öz növbəsində İ.Əliyev İtaliyaya səfəri zamanı qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.
R.Babayev