Elmi-texniki tərəqqinin sürətli artımı və günümüzdə müşahidə olunan yeni texnologiyaların inkişafı, bank sektorundan da yan keçmir. Bu inkişafın bir nümunəsi olan “İnternet Bankinq” xidmətinin bankda tətbiq olunması bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Belə ki, “İnternet Bankinq” xidməti sayəsində bir çox bank əməliyyatlarını internet olan hər yerdə, istənilən vaxt həyata keçirmək mümkündür. Bu üstünlük müştəriyə geniş imkanlar yaradaraq onun işini bir xeylaq rahatlaşdırmış olur.
Xidmət sahəsini daim genişləndirən AGBank , elmi tərəqqinin yaratdığı bu fürsətdən yararlanaraq, bankda “İnternet Bankinq” xidmətini tətbiq etdi. Beləliklə, “İnternet bankinq” xidməti sayəsində, AGBank aşağıda göstərilən bank əməliyyatlarını banka gəlmədən həyata keçirmək imkanını yaradır:
· Hesablar üzrə çıxarışlar
· Bank məhsulları haqqında məlumatlandırma əməliyyatları (əmanət, kredit, plastik kartlar və s.)
· Ölkə daxili və xarici bank köçürmələrinin aparılması
· Kartdan şəxsi cari hesaba köçürmə
· Cari hesabdan şəxsi kart hesabına köçürmə
· Digər banklardakı hesablara köçürmə
· Konvertasiya əməliyyatları
· Kommunal və digər ödənişlər
· Balansın yoxlanılması
“İnternet Bankinq” xidmətinin ən əlverişli xüsusiyyətlərdən biri də yüksək təhlükəsizlik ilə seçilməsidir. Belə ki, hər hansı bir transaksiyanın həyata keçirilməsi zamanı birdəfəlik şifrədən istifadə olunur. Təhlükəsizliyi öndə tutan AGBank, bu sahədə ən müasir və güvənli “Vasco Token” qurğusunu tətbiq edib. Birdəfəlik şifrələri təsdiqləyən bu qurğu növbəti prinsip ilə çalışır: Siz dəyişməyən istifadəçi adını və şifrəni uyğun pəncərələrə qeyd edirsiniz. Ekranda görsənən digər “Digipass” adlı pəncərəyə isə yeni şifrəni yazırsınız. Sistemə hər dəfə daxil olarkən yenilədiyiniz bu şifrə əməliyyatların təhlükəsiz şəkildə aparılmasını təmin edir.
AGBank-ın onlayn xidmətlər sırasına əlavə etdiyi yeniliklərdən biri də «Virtual Vasco Token» sisteminin tətbiqidir. Sistemi aktivləşdirmək üçün mobil telefonunuza xüsusi proqram təminatını yükləmək kifayətdir. Birdəfəlik şifrəni təsdiq edən bu sistem sayəsində keçirdiyiniz bank əməliyyatlarının tam təhlükəsizliyi təmin olunur və əlavə elektron cihazı daşımaq məcburiyyətindən də azad olursunuz.
“İnternet Bankinq” xidmətinə qoşulmaq üçün istənilən bank filialına müraciət edərək öncə lazımi anket formasını doldurmaq və sonra müqaviləyə imza atmağınız yetərlidir. Bankın əməkdaşları tərəfindən Sizə sistemə daxil olmaq üçün gərəkli məlumat və istifadə qaydaları haqqında təlimat veriləcək. Xidmətin aylıq ödəniş haqqı 10 manat təşkil edir.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.