BMT-nin İnkişaf Proqramı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Elizabet Klark çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb.
H.Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən prezident Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
R.Babayev