Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Strasburqa yola düşüb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etməkdir. E.Məmmədyarovun sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
F.İsazadə