SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-sentyabr aylarında dünya bazarlarına 1 mln. 220,299 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 52,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 712,941 min ton dizel yanacağı, 138,889 min ton təyyarə yanacağı, 385,772 min ton vakuum qazoylu, 9,280 min ton avtomobil benzini və 417 ton odluq mazut ixrac edib.
Cari ilin sentyabr ayında şirkət 183,931 min ton neft məhsulu, o cümlədən 8,534 min ton avtomobil benzini, 83,334 min ton dizel yanacağı, 19,174 min ton təyyarə yanacağı, 72,889 min ton vakuum qazoylu ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.
A.Əzizov