2014-cü ilin sentyabr ayının sonuna elektron imza sertifikatına malik olan hüquqi və fiziki şəxslərin sayı 24,386 min nəfər təşkil edir. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında qeyd edilir.
Sentyabrın sonuna 3,583 min hüquqi şəxs, 5,493 min vətəndaş və 15,31 min dövlət orqanları əməkdaşı elektron imza sertifikatına malikdir.
Məlumatda qeyd edilir ki, Azərbaycanın regionlarında elektron imza istifadəçilərinin sayında artım müşahidə olunur.
A.Əzizov