Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Şurasının baş katibi Torbyorn Yaqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqları müzakirə ediblər. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutan görüşdə tərəflər Bakı və AŞ arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan başqa, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, həmçinin dünyada və regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
F.İsazadə