Vergilər Nazirliyi “Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidmətini istifadəyə verib. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Bu xidmət Azərbaycanda kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi məqsədilə tətbiq edilib.
Xidmət yerli məhdud məsuliyyətli cəmiyyət təsis edən vətəndaşlara e-qeydiyyata alınacaq hüquqi şəxs üçün seçdikləri adın vergi orqanında 60 gün müddətində bron etdirmək imkanı yaradır.
Məlumatda bildirilir ki, xidmət yalnız “ASAN imza” sahiblərinə göstəriləcək və onlar şirkətləri üçün yalnız bir ad bron edə bilərlər.
A.Əzizov