Qurban bayramı özündə sadiqliyi, sədaqəti və qayğını birləşdirən əlamətdar bir hadisədir. İnsanları əzizlərinə və sevdiklərinə daha yaxın edərək evlərə hüzur gətirir. AGBank da həmişə olduğu kimi ən əziz günlərinizdə yanınızda olmağa, sizi sevindirməyə tələsir. Bayram günlərində masalarınız bol, arzularınız dolu-dolu həyata keçsin deyə AGBank “Həzz Kart” sahibləri üçün bayram kampaniyasına başlayır. Belə ki, kart istifadəçiləri oktyabr ayının 3-dən 7-dək “Həzz Kart” ilə 450 manatadək nağdlaşdırma əməliyyatlarını da həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 5 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz. “Həzz Kart” ilə bayram süfrənizi ən gözəl nemətlər ilə bol edin.
Nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində “Həzz kart”-la aparılan nağdlaşdırma əməliyyatı üzrə ödəniş 3 aylıq opsiya ilə həyata keçirilir (3 aya bölünür).
Qoy bayramda eviniz bərəkətlə, könlünüz sevinclə dolsun!
Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. “Uduşlu kupon” 2011-ci ildə AGBank tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Göstərilən tarixdən bu günə qədər bankda 160 qalib qeydə alınıb. Hər bir plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında uduşlu kupona rast gələ bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.
“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.
Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/
Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.