Bakının Nizami rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.
Cari ilin əvvəlindən 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib.
R.Babayev