2014-cü il sentyabrın 1-nə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli (o cümlədən ipoteka kreditləri üzrə) 1 mlrd. 52,7 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2014-cü il yanvarın 1-nə bankların belə kreditlər üzrə portfeli 890,8 mln. manat təşkil edib. Beləliklə, 2014-cü ilin yanvar-avqust aylarında bankların qeyd olunan kreditlər üzrə portfeli 18,2% artıb.
Avqust ayında bankların daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 5,3% artıb.
Ümumilikdə bankların ümumi kredit portfelinin 6,1%-i daşınmaz əmlakın tikintisi və alışı üzrə əqdlərin kreditləşdirilməsinin payına düşür, baxmayaraq ki, 2013-cü ilin yekunları üzrə bu göstərici 5,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 26,6% artıb.
A.Əzizov