SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın 6 və Bakının 3 rayonunda qaz təchizatına məhdudiyyət qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar olaraq səhər saatlarından saat 18:00-a qədər Qəbələ, Göyçay, Ağdaş, İsmayıllı və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyət yaranıb. Bundan başqa, saat 12:00-dan 14:00-a qədər Hacıqabul rayonunun, saat 14:00-dan 16:00-a qədər isə Şirvan şəhərinin bir hissəsinə qazın verilməsində fasilələr yaranacaq.
Bakıda isə səhər saatlarından axşam saat 18:00-a qədər Xəzər, Sabunçu və Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatına məhdudiyyət qoyulub.
N.Abbasova