2015-ci ildən bşlayaraq Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün təhlükəsizlik sahəsində böyük əməkdaşlıq imkanları açılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin
sektor müdiri Ərəstü Həbibbəyli bildirib.
“Koalisiya qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Azərbaycan və Mərkəzi Asiya ölkələrinin üzərinə yeni öhdəliklər qoyulacaq, bu isə əməkdaşlıq üçün yeni perspektivlər açır”, - deyə Ə.Həbibbəyli bildirib.
Onun sözlərinə görə, ikinci yeni əməkdaşlıq istiqaməti Mərkəzi Asiya ölkələrindən malların Avropa bazarlarına və Azərbaycan mallarının şərq bazarlarına nəqli ilə əlaqədar olacaq.
“Qazaxıstan artıq Azərbaycanda iri taxıl terminalı inşa edib. Azərbaycan isə Qazaxıstanda logistik mərkəz açıb. Bu, hər iki istiqamətdə ərzaq mübadiləsində böyük perspektivlər vəd edir”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
F.İsazadə