Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərin sayı 374-ə çatıb. Bu barədə “Elektron hökumət” (www.e-gov.az) saytında məlumat verilir.
“Elektron hökumət” portalında elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi prosesi davam edir. Hazırda portala 41 təşkilatın e-xidməti inteqrasiya edilib. Həmçinin istifadəçilərin rahatlığı üçün Mənim xidmətlərim”, “Əks Əlaqə”, “Məktub Yaz”, “Əlilliyi olan Şəxslər üçün Onlayn Müraciət” və s. xidmətlər inteqrasiya edilib”, - deyə məlumatda qeyd olunur.
İndiyə qədər 122,701 min istifadəçi portalda qeydiyyatdan keçib, onların 114,211 min nəfəri onlayn qeydiyyatdan keçib, 8,49 min nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol alıblar.
N.Abbasova