Ermənistan Qarabağ nizamlanmasında status-kvonun mövcudluğunun yolverilməzliyi ilə bağlı səsləndirilən bəyanatlara məhəl qoymur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
AzTV telekanalının məlumatına görə, dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması ilə əlaqədar təəssüfləndiyini bildirib.
Prezident Qarabağ nizamlanmasında status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarla çıxış edən qüvvələr tərəfindən təsirli addımların atılmasının zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir.
Dövlət başçısı qeyd edib ki, ölkədə ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir.
“Təsadüfi deyil ki, bu ilin üçüncü rübündə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavab verib”, - deyə İ.Əliyev qeyd edib.
R.Babayev