Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2014-cü ilin yanvar-sentyabr aylarında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən göndərilən 41 nəfər insan alveri qurbanına müxtəlif növ yardım göstərib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin 9 ay ərzində 39 nəfər potensial insan alveri qurbanına müvafiq yardımlar göstərilib.
Yardım göstərilən şəxslərdən 5 nəfərinin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 18 nəfərin məşğulluğunun təmin olunması, 6 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə, 1 nəfərə əlil arabasının verilməsi üçün nazirliyin müvafiq şöbəsinə və
daha 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün İcra Hakimiyyətinə müraciət edilib.
Bundan başqa, 3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib.
R.Babayev