Oktyabrın 13-də Los-Ancelesin Azərbaycan və Türk icmalarının fəalları Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüş keçirəcək.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatı Asim Mollazadə və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da daxil olacaq.
F.İsazadə