Göygöl rayonu ərazisində «Mercedes» markalı sərnişin avtobusu və “KamAZ” markalı yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü və 30 nəfərdən çox adamın yaralanmasına səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
20 nəfərdən artıq adam xəstəxanaya yerləşdirilib, qalanları ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakı-Tiflis marşrutu ilə hərəkət edən sərnişin avtobusu Bakı-Qazax magistral yolunda eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.
Qəza nəticəsində avtobus alışaraq yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından
Mühafizə Xidmətinin səyləri nəticəsində yük avtomobilini yanğından mühafizə etmək mümkün olub.
F.İsazadə