Cümə axşamı Avstraliya Hərbi Hava Qüvvələri İraqda “İslam dövləti” ekstremistlərinin mövqelərinə ilk zərbələr endiriblər. Bu barədə Avstraliya Müdafiə Nazirliyindən məlumat verilib.
“F/A-18F “Super Hormet" qırıcı-bombardmançı təyyarə “İslam dövləti”nin döyüşçülərinin tutduğu obyektə iki bomba zərbəsi endirib. Təyyarə uğurla bazaya qayıdıb”, - deyə sənəddə qeyd olunur.
Ötən cümə günü Avstraliya hökuməti özünün Hərbi Hava Qüvvələrinə “İslam dövləti” döyüşçülərinin İraqdakı mövqelərinə zərbələrin endirilməsində iştirak etməyə icazə verib.