Yəmənin paytaxtı Sana şəhərində baş verən partlayış 40-dən artıq insanın həyatına son qoyub. Bu barədə cümə axşamı “Əl-Cəzirə” telekanalı məlumat verir.
Bundan başqa, partlayış nəticəsində çoxlu sayda xəsarət alan var, lakin yaralıların dəqiq sayı hələlik məlum deyil.
Partlayış şəhərin mərkəzindəki Təhrir meydanında baş verib.
Hücuma görə məsuliyəti heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.