Türkiyə yalnız öz gücü ilə Suriyanın şimalında yerləşən Kobani şəhərində (ərəbcə Ayn-əl-Ərəb adlanır) “İslam dövləti” (İŞİD) döyüşüçülərinə qarşı yerüstü əməliyyatlara başlamaq nityyətində deyil. Belə bəyanatla cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
“Türkiyənin təkbaşına yerüstü əməliyyatlara başlamasını gözləmək real olmazdı”, - deyə o, Türkiyədə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.
Daha əvvəl Suriyanın hüquq mühafizə orqanlarının əməkdaşları məlumat vermişdi ki, İŞİD Türkiyə ilə həmsərhəd olan Kobaninin artıq üçdə bir hissəsindən çoxuna nəzarəti ələ keçirib.
Kobani şəhəri İŞİD üçün strateji əhəmiyyət daşıyır, bu şəhərin işğalı onların mövqelərini birbaşa olaraq Aleppo və Rakka şəhərləri ilə əlaqələndirməyə, eləcə də Türkiyə-Suriya sərhədinin böyük bir hissəsinə nəzarət etməyə imkan verəcək.
Kürd döyüşçülər uzun müddət Suriya və İraqda xeyli əraziləri işğal etmiş İŞİD qüvvələri ilə döyüşsələr də, artıq müqavimət göstərməyə qüvvələri qalmayıb, çünki ekstremistlər Suriya hərbi bazalarından əldə etdikləri ağır silahlarla öz güclərini atırırlar.