Oktyabrın 10-11-də Bakıda MDB Parlamentlərarası Assambleyasının (PAA) mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Deputatlar və ekspertlər “Elektron hökumət haqqında”, “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqqında”, “Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi haqqında”, “Könüllülük haqqında”, “Vicdan azadlığı, dini etiqad və dini təşkilatlar (birliklər) haqqında model qanun layihələrini, eləcə də “Turizm fəaliyyəti haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunlarına yeni redaksiyada baxacaqlar.
MDB Parlamentlərarası Assambleyasının (PAA) Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclasının gündəliyinə “Elektron hökumət haqqında”, “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqqında”, “Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi haqqında”, “Könüllülük haqqında”, “Vicdan azadlığı, dini etiqad və dini təşkilatlar (birliklər) haqqında model qanun layihələrinin, eləcə də “Turizm fəaliyyəti haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunların yeni redaksiyada müzakirəsi daxildir.
Komissiya üzvlərinə MDB-yə üzv dövlətlərin dil və mədəniyyəti üzrə baza təşkilatının birlik ölkələrinin dini təhsil üzrə beynəlxalq universitetinin yaradılması üzrə fəaliyyəti, MDB ölkələrinin mədəni irsinin qorunması haqqında Konvensiya layihəsinin işlənməsi, MDB PAA-nın Çingiz Aytmatov adına mükafatı ilə təltif olunma, MDB PAA-nın mədəniyyət, incəsənət, mətbuat, informasiya, bədən tərbiyəsi, idman və turizm sahələrində fəxri nişanları ilə təltif olunma, idman turnirlərinin və festivalların keçirilməsində MDB PAA-nın iştirakı barədə məlumat veriləcək.
İclas iştirakçıları MDB-də 2011-2015-ci illər üçün model qanunvericiliyin perspektiv planına əlavələr, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının iş planına təkliflər haqqında məlumatı dinləyəcəklər.
Komissiyanın iclasında sədr və onun müavini seçiləcək.
R.Babayev