SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin yanvar-sentyabr aylarında 130 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
“Beləliklə, həmin çoxmərtəbəli binalarda 11 306 mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2013-cü ildə “Azəriqaz” İB 149 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.
A.Əzizov