Oktyabrın 21-də Bakıda “Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı öz işinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Dörd gün davam edəcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər məruzələrlə çıxış edəcəklər.
Konfrans çərçivəsində nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, texnologiyaları, ekologiyası, biologiyası və təhlükəsizliyi mövzusunda məruzələr dinləniləcək.
A.Zeydullayeva