ABŞ və Türkiyə silahlı qüvvələrinin nümayəndələri “İslam dövləti”nin islamçı-ekstremistlərinə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gələn həftə Ankarada görüşəcəklər. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Dünən beynəlxalq koalisiyanın səylərinin əlaqələndiricisi, istefada olan general Con Allen və ABŞ dövlət katibinin İran və İraq məsələləri üzrə köməkçisi Brett Makqerk Ankarada Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüblər.
ABŞ-ın hər iki nümayəndəsi vurğulayıb ki, “İslam dövləti”ni zəiflətmək və islamçıların bütün region üçün ifadə etdiyi təhlükənin qarşısını almaq məqsədilə “təcili tədbirlər görmək” lazımdır.