Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar-sentyabr aylarında 400 min manatdan çox gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
9 ay ərzində əmək müfəttişləri ümumilikdə 418,207 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 388,125 min manatını əmək haqları, 19,767 min manatını zərərə görə ödənclər, 10,315 min manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
R.Babayev