İraqın əsasən kürdlərin məskunlaşdığı Qara Təpə şəhərində törədilmiş 3 partlayış nəticəsində 50-yə yaxın insan həlak olub. Bu barədə məlumatı bazar ertəsi Britaniyanın BBC teleradioyayım korporasiyası verib.
Partlayışları “İslam dövləti” qruplaşmasından olan kamikadzelər həyata keçiriblər.
Ölənlərin əksəriyyəti hərbçilər və islamçılarla döyüşmək üçün səfərbər olmuş yığma qoşun döyüşçüləridir.
Bundan başqa, yola qoyulmuş bomba nəticəsində İraqın Ənbar vilayətinin polis rəisi həlak olub. O, vilayətin paytaxtı Ramadi şəhərinin şimalına doğru kolonna ilə hərəkət edərkən baş vermiş partlayışda həlak olub.