Sentyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri avqust ayı ilə müqayisədə 2,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sentyabr ayında heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,8% ucuzlaşıb.
Hesabat ayında yumurtanın (10,3%), quş ətinin (3,3%) və südün (2,5%) istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunub.
Sentyabrda təbii balın istehsalçı qiymətlərində bahalaşma olub (5,4%).
Bu ayda bitkiçilik sahəsində birillik bitkilərin istehsalçı qiymətləri 6,5%, çoxillik bitkilərin istehsalçı qiymətləri 3,6% artıb.
Hesabat ayında xiyarın (22,7%), lobyanın (21,7%), pomidorun (18,1%), buğdanın (2,1%), kartofun (3,2%), badımcanın (11%), şaftalının (20%), şabalıdın (0,9%) və qoz-fındığın (16,4%) qiymətlərində bahalaşma qeydə alınıb.
Ötən ay günəbaxan toxumunun (9,5%), almanın (0,7%) və qarğıdalının (0,3%) qiymətlərində ucuzlaşıb.
A.Əzizov