Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində içərisində azərbaycanlı zəvvarların olduğu avtobus qəzaya uğrayıb. Bu barədə ANS telekanalı məlumat verib.
Yol-nəqliyyat hadisəsi nəticəsində İranın Məşhəd şəhərinə gedən azərbaycanlı zəvvarlar yaralanıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.
R.Babayev